Kitab çapının ƏDV-dən azad olunması gecikir - VİDEO

Kitab çapının ƏDV-dən azad olunması gecikir - VİDEO
Problemlə bağlı naşirlər və yazıçılar bir araya gəldi

Kitab və digər çap məhsullarının habelə dərsliklərin ƏDV-dən azad olunması ilə bağlı qanun layihəsinin aylar öncə qəbul olunmasına baxmayaraq hələ də bununla bağlı heç bir nəticə əldə olunmayıb. Məsələ ilə bağlı Qanun nəşrlər evində naşir və yazıçıların toplantısı keçirildi. Toplantıda Qanun Nəşriyyatının direktoru Şahbaz Xuduoğlu bildirdi ki, kitabların ədvdən azad olunması prezidentin kitab sənayesinin inkişafı üçün atdığı böyük addımlardan biridir.

Çıxış edənlər bu qanunun ölkədə kitab satışı və istehsalı sənayesində inqilabi addım olduğunu və bunun icrasını 4 aydır səbirsiliklə gözlədiklərini bildirdlər. Yazıçı Şərif Ağayar bu məsələnin tezliklə öz həllin tapmalı olduğunu vurğuladı.

Nazirlər Kabinetindən verilən məlumata görə isə kitab və kağız məhsullarının idxalının və satışının Əlavə Dəyər Vergisindən azad olunmasına dair məsələ hazırda gündəmdədir. Həmçinin bildirildi ki, proses öz həllinin son mərhələsindədir və Əlavə Dəyər Vergisindən azad ediləcək kitab və kağız məhsullarının siyahısı yekunlaşmaq üzrədir.

Qeyd edək ki, ötən ilin sonunda Prezident İlham Əliyev kitab və kağız məhsullarının idxalının və satışının ƏDV-dən azad olunması haqqında qanun layihəsi qəbul edib.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər