Bayden gələn ay Asiya ölkələrinə səfər edəcək

Bayden gələn ay Asiya ölkələrinə səfər edəcək

ABŞ prezidenti Co Bayden mayın 20-dən 24-dək Cənubi Koreya və Yaponiyaya səfər edəcək.

APA xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.

“Prezident iki ölkələr arasında iqtisadiyyatı və xalqların əlaqələrini daha da dərinləşdirmək üçün mayın 20-dən 24-dək Koreya Respublikasına və Yaponiyaya səfər edəcək”, - deyə Psakinin yazılı açıqlamasında bildirilib. Səfər çərçivəsində Bayden adıçəkilən ölkələrin liderləri ilə görüşəcək.

“Liderlər həyati əhəmiyyət kəsb edən təhlükəsizlik əlaqələrimizi dərinləşdirmək, iqtisadi əlaqələri gücləndirmək və praktiki nəticələrə nail olmaq üçün sıx əməkdaşlığımızı genişləndirmək imkanlarını müzakirə edəcəklər”, - bəyanatda deyilir.

Bundan əlavə, Psakinin qeyd etdiyi kimi, Tokioda Yaponiya, Avstraliya, Hindistan və ABŞ-ın daxil olduğu Dördtərəfli Təhlükəsizlik Dialoqunun dövlət başçılarının görüşü planlaşdırılır.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər