Dünyada koronavirusa yoluxma hallarının sayı 21 faiz azalıb

Dünyada koronavirusa yoluxma hallarının sayı 21 faiz azalıb

Son bir həftə ərzində dünyada 4,5 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 15 mindən artıq insan isə koronavirusdan ölüb.

Trend-in məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik bülletenində deyilir.

Məlumata əsasən, daha öncəki həftə ilə müqayisədə yoluxma hallarının sayı 21 faiz, ölüm hallarının sayı isə 20 faiz azalıb.

"Aprelin 18-dən 24-dək koronavirusa 4 548 226 nəfər yoluxub, 15 134 nəfər isə koronavirusdan ölüb. Bir öncəki həftə ilə müqayisədə yoluxma hallarının sayı 21 faiz, ölüm hallarının sayı isə 20 faiz azalıb", - deyə bülletendə bildirilir.

Qeyd edək ki, son sutka dünyada koronavirusa 681 966 yoluxma, 2 206 ölüm halı qeydə alınıb. Hazırkı dövrədək koronavirusa yoluxanların sayı 508 827 830 nəfərə, ölənlərin sayı isə 6 227 291 nəfərə çatıb.

REAL

 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər