Əməyin mühafizəsi ilə bağlı fərqlənənlər - VİDEO

Əməyin mühafizəsi ilə bağlı fərqlənənlər - VİDEO
Təhlükəsiz əmək şəraiti üzrə ən yaxşı təşkilatlar mükafatlandırıldı

“Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 2021-ci ilin ən yaxşı təşkilatı” respublika müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi baş tutdu.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunan tədbirdə AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, rəsmilər, AHİK-in üzv və tabe təşkilatlarının sədrləri, müsabiqədə qalib olmuş müəssisələrin rəhbərləri və digər şəxslər iştirak etdilər.

Tədbirdə əmək fəaliyyətinin mühafizəsi, sağlam və təhlükəsiz əmək şəraitindən, bu istiqamətdə qurumlar tərəfindən görülən işlər barədə danışıldı.

Tədbirdə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev iş prosesi zamanı əməyin təhlükəsizliyinin vacibliyini və mühafizəsi ilə bağlı nazirlik tərəfindən görülən işlər barədə tədbir iştirakçılarına məlumat verdi. Nazir bildirdi ki, hazırda ölkədə işə götürmə və işdən azad etmə qaydalarında dəyişiklik olacaq və dövlətin əsas məqsədi bu prosesdə adekvat balansın yaradılmasıdır.

Tədbirin sonunda müsabiqənin qalibi olmuş Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqı Şurasına və 48 müəssisəyə diplomlar və hədiyyələr təqdim olundu.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər