20 Yanvar faciəsinin 28-ci ildönümünə hazırlıq başladı

20 Yanvar faciəsinin  28-ci ildönümünə hazırlıq başladı
Ödədikcə artan borcumuz...

20 Yanvar hadisələrinin 28-ci ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanında hazırlıq işlərinə başlanılıb. Artıq bir neçə gündür ki, Xiyabanın girişində qərənfillərlə şəhidlərə həsr edilmiş ekspozisiya qurulur. Ekspozisiya ənənəvi olaraq ağ və qırmızı qərənfillərdən ibarət olacaq. 

Bu il əvvəlki illərdən fərqli olaraq şəhid məzarlarının ətrafındakı sütunlar da qərənfillərlə örtüləcək. Ekspoziya təqribən 300 kvadratmetrə yaxın sahəni əhatə edəcək. Hazırlıq işlərində minlərlə qərənfildən istifadə edilir. Ərazidə  çalışan işçilərdən aldığımız məlumata görə, güllər Bakı kəndlərindən gətirilir. 

Şəhidlər Xiyabanına ziyarətçi axını da artıq başlayıb. Əsasən orta məktəb şagirdləri,  tələbələr ölkəmizin müstəqilliyi uğrunda canından keçən şəhidləri ziyarət etmək üçün Xiyabana axın edir. 

Bu il ziyarətçi sayının ötən illərlə müqayisədə daha çox olacağı gözlənilir. Bununla əlaqədar Şəhidlər Xiyabanı ətrafında təhlükəsizlik tədbirləri ən yüksək səviyyəyə çatdırılıb. 
 

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə