Şəhid ailələri və qazilərə dövlət qayğısı - VİDEO

Şəhid ailələri və qazilərə dövlət qayğısı - VİDEO
ƏƏSMN:Şəhid ailələri və qazilərə ümumilikdə 12500-dən çox ev verilib

Şəhid ailələri və müharibə əlillərinə qayğı dövlətin hər zaman xüsusi diqqətdə saxladığı vacib, zəruri sahələrdən biridir. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin idarəçilik konsepsiyasında da sosial qayğıya ehtiyacı olan ailələrə xüsusi diqqət prioritet istiqamət təşkil edir, ölkə başçısının sosialyönümlü sərəncamlarında şəhid ailələri, müharibə əlilləri və veteranlarına humanizm prinsipləri baxımından yanaşılması daim önə çəkilir.

Dövlət başçısı şəhid ailələri və müharibə əlillərinə daimi diqqət və qayğını dövlət qurumları qarşısında bir vəzifə kimi müəyyənləşdirib

Prezident İlham Əliyevin göstərişi ilə postmüharibə dövründə icra olunan sosial dəstək paketi 100 min şəxsi əhatə edib, onlara 166 min xidmət göstərilib. Bu günədək ümumilikdə 12500-dən çox mənzil şəhid ailəsinə təqdim edilib.

Fazil Talıbovun sözlərinə görə cari ilin sonunadək 1500-dək mənzil həmçinin 160 avtomobil şəhid ailələri və müharibə əlillərinə təqdim ediləcək.

Digər xəbərlər
Bu gün
Dünən