Dövlətdən sosial dəstək - VİDEO

Dövlətdən sosial dəstək - VİDEO
Şəhid ailələri və digər həssas qrupun nümayəndələri daim diqqətdədir

Şəhid ailələri və müharibə əlillərinə 200 mənzil və 50 avtomobilin təqdim olunması sosial qayğıya ehtiyacı olan ailələrə dövlətin göstərdiyi xüsusi diqqət və qayğının bariz nümunəsidir. Mayın 2-də Bakının Sabunçu rayonunda 12 binadan və 576 mənzildən ibarət olan 9 mərtəbəli yeni yaşayış kompleksində 36 birotaqlı, 144 ikiotaqlı, 360 üçotaqlı və 36 dördotaqlı mənzil şəhid və digər həssas qrupa daxil olan ailələrə təqdim olundu.

Prezident İlham Əliyevin göstərişi ilə təkcə postmüharibə dövründə 100 min şəxs sosial dəstək paketi ilə əhatə olunub. Bu dövr ərzində şəhid ailələri və müharibə iştirakçılarından ibarət 93 min nəfərə 103 min sosial ödəniş təyin edilib. Mənzil proqramı 5 dəfə genişləndirilib. Həssas qrupa daxil olan ailələrə 2021-ci ildə 3000, postmüharibə dövründə 3500 mənzil verilib. Bu da ümumilikdə 12 500 şəhid ailəsi və müharibə əlilinin mənzil və fərdi evlə təmin olunması deməkdir.

Birinci və İkinci Qarabağ müharibələrinin şəhid ailələrinə bu günə qədər 12 mindən çox mənzil verilib. Onlar təkcə mənzillərlər deyil, dövlətin həyata keçirdiyi digər sosial paketlərdən yararlanırlar. Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Musa Qasımlı bildirid ki, bu, dövltətin vətandaşlara, xüsusilə də həssas qrupa daxil olan ailələrə həssaslıqla yanaşmasını ortaya qoyur.

Qeyd edək ki, mayın 2-də prezident şəhid ailələri ilə görüşdə bir daha xatırlatdı ki, həssas qrupa daxil olan şəxslərə mənzillərin verilməsi, sosial xidmət paketlərdən istifadə davam etdiriləcək.

REAL

Digər xəbərlər
Bu gün
Dünən