Məhəmməd Salah ən yaxşı futbolçu seçildi

Məhəmməd Salah ən yaxşı futbolçu seçildi

“Liverpul” klubunun misirli hücumçusu Məhəmməd Salah dekabrda İngiltərə Premyer Liqasının ən yaxşı futbolçusu seçilib.

REAL xəbər verir ki, 26 yaşlı futbolçu azarkeşlər arasında keçirilən səsvermədə Eden Hazard, Harri Keyn, Rikardo Pereyra, Pol Poqba və Markus Raşfordu qabaqlayıb.

Cari mövsümdə “Liverpul” klubunun heyətində üçüncü futbolçu bu mükafatın qalibi olub. Avqustda Sadio Mane, noyabrda isə Virgil van Diyk ayın ən yaxşı futbolçusu adına layiq görülüblər.

Məhəmməd Salah dekabrda “Liverpul”un heyətində keçirdiyi 7 oyunda 6 qol vurub.

Digər xəbərlər
Bu gün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə