Bakıdan kəskin reaksiya: Bu film Türkiyədə qadağan edildi

Bakıdan kəskin reaksiya: Bu film Türkiyədə qadağan edildi
İstanbul valisi Azərbaycan hökumətindən tələb gəldiyini bəyan etdi

Azərbaycan hökumətinin tələbi ilə İstanbulda “Yeva” filminin nümayişi qadağan edilib.

Real TV-nin məlumatına görə, filmdə Qarabağın Ermənistanın torpaqları kimi göstərilməsi Azərbaycanı hərəkətə keçirib.

Bakıdan edilən müraciətin nəticəsində İstanbul valisi 16-cı Filmmor Qadın Filmləri Festivalında nümayiş etdirilməsi planlaşdırılan “Yeva” filminə qadağa qoyub.

İstanbul valiliyindən bildirilib ki, filmdə Azərbaycan torpaqları Ermənistanın ərazisi kimi göstərildiyi rəyini yaradan səhnələr var.

“Azərbaycan hökuməti buna etiraz edib. Türkiyədə fövqəladə vəziyyət rejimi davam etdiyinə və insanların təhlükəsizliyini təmin etmək məqsədilə filmin nümayişinə qadağa qoyulub”, - deyə valilikdən bildirilib.

"Yeva" filmi Ermənistan və İranın birgə əməkdaşlığı ilə çəkilib. Filmin rejissor və ssenari müəllifi erməni əsilli iranlı Anahit Abaddır.

Real TV

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər