"Cənub" elektrik stansiyası təmir edilib - VİDEO

İşləri "Azərenerji" ASC-nin yerli mütəxəssisləri həyata keçirib

Ölkənin ən böyük elektrik stansiyalarından olan “Cənub” ES əsaslı təmir edilib.

2013-cü ildə Şirvan şəhərində tikilərək istismara verilən, ölkənin ən böyük elektrik stansiyalarından olan 2 bloklu 780 meqavatlıq “Cənub” Elektrik Stansiyasının 2-ci bloku “AzərEnerji” tərəfindən əsaslı təmirə çıxarılıb. Qeyd edək ki, istismar normativlərinə görə “Cənub” Elektrik Stansiyasının birinci bloku 2018-ci ildə əsaslı təmir ediləndən sonra “itirilmiş” güclər bərpa edilmişdi və indi də ikinci blok əsaslı təmir edilməklə analoji nəticə alınır.

Belə ki, stansiyanın ikinci blokunun buxar və qaz turbinləri, util-qazanları, transformatorları, generatorları və köməkçi avadanlıqları əsaslı təmir edilərək stansiyanın istismar müddəti uzadılır, etibarlıq və dayanıqlıq bərpa edilməklə “itirilmiş” güclər bərpa olunur.

Qeyd edək ki, 2018-ci ildən başlayaraq ölkədəki 12 ən böyük elektrik stansiyasında yenidənqurma, təmir və bərpa işləri aparılmaqla 1000 meqavatdan artıq “itirilmiş” güc bərpa edilib.

Digər xəbərlər
Bu gün
Dünən