Pekində COVID-19-a yoluxma sayı artır

Pekində COVID-19-a yoluxma sayı artır

Çində koronavirusa yoluxma hallarının yenidən artması fonunda Pekində ümumilikdə 101 metrostansiyasının işi dayandırılıb.

REAL xəbər verir ki, paytaxtın əsas olaraq Fanşan, Çaoyan, Fentay, Tunçjou və digər bölgələrindəki metrostansiyalar bağlanıb.

COVID-19-a yoluxma halları artdığından Pekin bələdiyyəsi mayın 4-ü paytaxtda 64 metrostansiyasının işinin dayandırıldığını açıqlayıb. Mayın 12-si isə bağlanan stansiyaların sayı 92-yə çatıb. Ümumilikdə Pekin metrosunda 459 stansiya mövcuddur.

Qeyd edək ki, Pekində koronavirusa yoluxma hallarının artması səbəbindən uşaq bağçaları, məktəblər onlayn qaydada fəaliyyət göstərir.

Digər xəbərlər
Bu gün
Dünən