Baxımsız məhəllədən narazı sakinlər - VİDEO

Baxımsız məhəllədən narazı sakinlər - VİDEO
Xətai RİH: Küçə tezliklə asfaltlanacaq

Xətai rayonu, Mirzə Davud küçəsindən yolu düşənlər, ikinci dəfə bu ərazidən keçməmək üçün alternativ yol axtarırlar. Bu da təsadüfi deyil. Sözügedən bu küçə şəhərə yaxın ərazidə olmasına baxmayaraq, nədənsə gözdən iraq, könüldən uzaq düşüb.

Sakinlər deyir ki, palçıqlı yollar ərazidə uşaqların, yaşlıların yoldan istifadəsini çətinləşdirir. Soyuq havalarda yağışdan yaranan gölməçələr də yolu keçilməz edir. Məktəbli uşaqların isə ilboyu ayağı islaq, çorabı nəmdir.

Xətai rayonu, Mirzə Davud küçəsinin yolsuzluq problemi ilə bağlı Xətai rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumun problemin həllinə münasibəti belə oldu:

“Adı cəkilən ünvanla bağlı onu deyim ki, bu saat rayonumuzun küçələrində asfaltlanma işləri gedir. Həmin ərazidə də yolun bir hissəsinə asfalt vurulub. Hava şəraiti ilə əlaqədar işlər dayandırılıb. Yaxın zamanda həmin deyilən o küçəyə də asfalt vurulacaq”.

Görünən odur ki, abad məhəllədən reportaj hazırlayacağımız gün uzaqda deyil.

REAL

Digər xəbərlər
Bu gün
Dünən