Əlilliyin hansı hallarda müddətsiz müəyyən ediləcəyi məlum olub

Əlilliyin hansı hallarda müddətsiz müəyyən ediləcəyi məlum olub

Əlilliyin hansı hallarda müddətsiz müəyyən ediləcəyi məlum olub.

APA xəbər verir ki, bu, Nazirlər Kabinetinin müvafiq qərarında əksini tapıb.

Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən ediləcək.

Qərara əsasən, “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunlarla müəyyən edilmiş yaşa görə əmək pensiyası (güzəştli şərtlərlə yaşa görə əmək pensiyası istisna olmaqla) və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddətsiz müəyyən edilir.

Qərar 2022-ci il iyulun 1-dən qüvvəyə minir.

REAL

Digər xəbərlər
Bu gün
Dünən