Ağdam-Füzuli yolunun tikintisi davam edir - VİDEO

Ağdam-Füzuli yolunun tikintisi davam edir - VİDEO
Kommunikasiya xətləri üçün ehtiyat keçidin tikintisi yekunlaşıb

Uzunluğu 64.8 km, hərəkət hissəsinin eni 15 metr olan Ağdam-Füzuli avtomobil yolunun inşası sürətlə davam edir. Yol 4 hərəkət zolaqlı olmaqla tikilir. Yol çiyinlərinin hər bir istiqamətdə 3.75 metr, ayırıcı zolağın eni 2 metr olmaqla yol yatağının eni 26.5 metr təşkil edir. Hazırda Ağdam-Füzuli avtomobil yolunda torpaq işlərinin icrası yararsız qruntun çıxarılması, genişləndirmə işləri icra olunur, 26.5 metr enində yeni yol yatağının, yol yatağı hazır olan hissələrdə yol əsasının tikintisi, həmçinin kommunikasiya xətlərinin köçürülməsi işləri davam etdirilir.

Qeyd edək ki, hazırda layihədə nəzərdə tutulan yolun 0.2, 6.1, 37 və 63-cü kilometrlik hissəsində avtomobil körpülərinin inşası davam edir, körpülərdə svay və betonlanma işləri icra olunur.

REAL

Digər xəbərlər
Bu gün
Dünən