Mirzoyan və Lavrov Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası məsələsini müzakirə edib

Mirzoyan və Lavrov Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası məsələsini müzakirə edib

Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı olub.

REAL xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, nazirlər Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanan üştərəfli bəyanatın reallaşmasını müzakirə ediblər.

Tərəflər Azərbaycanla Ermənistan arasında demarkasiya üzrə komissiyanın yaradılmasını və sərhəddə təhlükəsizlik məsələlərini, eləcə də regionda iqtisadi əlaqələri, kommunikasiya məsələlərindən danışıblar.

Digər xəbərlər
Bu gün
Dünən