Prezident Administrasiyasında Ağ Partiyanın sədri Tural Abbaslı ilə görüş olub - VİDEO

Prezident Administrasiyasında Ağ Partiyanın sədri Tural Abbaslı ilə görüş olub - VİDEO

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda aparılan köklü siyasi islahatların nəticəsi olaraq həyata keçirilən İqtidar-müxalifət dialoqu çərçivəsində Prezident Administrasiyasında növbəti görüş Ağ Partiyanın sədri Tural Abbaslı ilə keçirilib. Görüşdə çıxış edən prezident administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev bildirib ki, Prezident İlham Əliyev tərəfindən aparılan sistemli islahatlar bütün sahələri əhatə eDİR. bu islahatlar dövlətimizin güclənməsi, əhalinin rifah halının yaxşılaşması, postmüharibə dövrünün çətinliklərinin aradan qaldırılması, işğaldan azad edilƏN torpaqlarımızın bərpası və soydaşlarımızın öz doğma yurdlarına qayıtması məsələləri ilə yanaşı, ölkəmizdə baş verən siyasi prosesləri də ehtiva EDİR. Bunun nəticəsidir ki, Azərbaycanda fəaliyyət göstərən mütərəqqi siyasi qüvvələr Azərbaycan dövlətçilik tarixinin ən çətin və ən şərəfli məqamında - Vətən müharibəsi zamanı ümummilli dəyərlər naminə öz birliklərini ortaya qoyublar. Görüşdə həmçinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində aparılan xarici siyasət barədə müzakirələr aparılıb.

REAL

Digər xəbərlər
Bu gün
Dünən