Ermənistanın gələcəyi sual altındadır - VİDEO

Ermənistanın gələcəyi sual altındadır - VİDEO
Fərid Şəfiyev: Ermənistanın qaldırdığı məsələlər Aİ tərəfindən qəbul olunmayıb

Avropa İttifaqı şurasının prezidenti Şarl Mişel, prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilən görüşün nəticələri müsbətdir. Şarl Mişelin görüşdən sonrakı bəyanatına nəzər salanda görünən odur ki, Azərbaycan üçün vacib olan sülh sazişi, dəhlizlərin açılması, sərhədlərin delimitasiyası üzrə komissiyanın işi, humanitar məsələlər və s. öz əksini tapıb. 5 saat davam edən danışıqlar onu deməyə əsas verir ki, gündəmdə olan məsələlər detalına qədər müzakirə olunub.

Ermənistan nəhayət, mövcud reallıqlarla barışmalı, Avropa İttifaqının vasitəçilik səylərini yüksək dəyərləndirməlidir. Azərbaycan daim bütün beynəlxalq təşkilatların potensialından istifadə etmək istəyini hələ işğal dövründə bəyan edib və Ermənistanla sülh sazişinin imzalanması üçün atılan beynəlxalq addımlara hər cür dəstək verir.

Fərid Şəfiyev qeyd etdi ki, tərəflər arasında keçirilən hər bir görüş Azərbaycanın tarixi Zəfərinin yaratdığı reallıqların həm regionda, həm də dünyada formalaşdırdığı yeni siyasətin prespektivlərinə işıq salır.

REAL

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər