Mingəçevirdə birmərtəbəli ev yanıb

Mingəçevirdə birmərtəbəli ev yanıb

Mingəçevir şəhərində ümumi sahəsi 155 m² olan bir dam altında bir-birinə bitişik tikilən kürsülü, 2 ailəyə məxsus birmərtəbəli evlərdən (tavanı saman və qamışdan ibarət) sahəsi 70 m² olan evin yanar konstruksiyaları və ev əşyaları, sahəsi 85 m² olan evin dam örtüyü və tavanı 10 m2 sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

REAL

Digər xəbərlər
Bu gün
Dünən