Küveytdə qum qasırğası ilə əlaqədar paytaxtın beynəlxalq hava limanı işini dayandırıb

Küveytdə qum qasırğası ilə əlaqədar paytaxtın beynəlxalq hava limanı işini dayandırıb

Küveytdə şiddətli qum qasırğası ilə əlaqədar paytaxtın beynəlxalq hava limanı işini dayandırıb.

Bu barədə ölkənin Mülki Müdafiə Baş İdarəsi bildirib.

Qeyd olunur ki, hava limanının işi görüntü səviyyəsi yaxşılaşan kimi bərpa olunacaq.

Xatırladaq ki, bir müddət əvvəl qum qasırğası ilə əlaqədar İraqın beş hava limanı işini dayandırmışdı.

Bağdad və Ərbil hava limanları işini bərpa etsə də, Süleymaniyyə, Kərbəla və Nəcəf aeroportları bağlı qalır.

Həmçinin İraq ərazisində qeyri-iş günü elan edilib.

REAL
 

Digər xəbərlər
Bu gün
Dünən