Qurban Qurbanovla görüş keçirilib - VİDEO

Qurban Qurbanovla görüş keçirilib - VİDEO
“Məşqçilərimizi tanıyaq” layihəsinin qonağı xatirələrini bölüşüb

Gənclər və İdman Nazirliyinin “Məşqçilərimizi tanıyaq” adlı yeni layihəsi çərçivəsində növbəti görüş olub. Bu dəfəki qonaq Əməkdar məşqçi, “Qarabağ” futbol komandasının baş məşqçisi Qurban Qurbanov olub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının akt zalında keçirilən görüşdə idman ictimaiyyətinin nümayəndələri, gənc idmançılar, məşqçilər və akademiyanın tələbələri iştirak ediblər. Tədbirdə Qurbanov öz maraqlı xatirələrini danışıb və görüş iştirakçılarının suallarını cavablandırıb. Görüşün sonunda Qurban Qurbanov ən yaxşı sual sahiblərinə öz hədiyyələrini təqdim edib.

Qeyd edək ki, Əməkdar məşqçi Qurban Qurbanovun idmanın inkişafındakı xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib və təcrübəli mütəxəssis Azərbaycan Prezidentinin Sərəncamı ilə “Şöhrət” ordeninə layiq görülüb.

REAL
 

Digər xəbərlər
Bu gün
Dünən