Formula 1 Azərbaycan Qran Prisinin Uniforma və Akkreditasiya Mərkəzi fəaliyyətə başlayıb. Artıq yarışın keçirilməsində rolu olan könüllülər, marşallar, təhlükəsizlik əməkdaşları və podratçı şirkətlərin nümayəndələri mərkəzə gələrək, akkreditasiya kartlarını, həmçinin uniformalarını əldə edə biləcəklər. 100-dən artıq könüllünün qatıldığı Mərkəz iyunun 12-dək fəaliyyət göstərəcək.
Bu ilki yarışın 2 illik fasilədən sonra tamaşaçıların iştirakı ilə keçirilməsi könüllülərin sayına da ciddi təsir göstərib. Belə ki, 8000-dən çox namizəd qeydiyyat üçün müraciət edib. Onlardan 1500 nəfəri yarışların təşkilinə qatılmaq fürsəti əldə edib.
REAL