Konyak diplomatiyası - VİDEO

Konyak diplomatiyası - VİDEO

Ermənistanın kriminal xunta rejimi mövcudluğu dövründə beynəlxalq arenada siyasi korrupsiya vasitələrindən istifadə edib. Təsadüfi deyil ki, beynəlxalq təşkilatlar, özlərini dünyada demokratiyanın keşikçisi kimi təqdim edən ölkələr və onları təmsil edən siyasətçilər Ermənistanın daxilində baş verənlərə, demokratik seçki tələb edən insanların küçənin ortasındaca güllələnməsinə, eləcə də, rəsmi İrəvan tərəfindən beynəlxalq hüququn prinsiplərinin tapdalanmasına göz yumublar. 

Bu məsələni Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin iclasında da xatırlatdı, kriminal xunta rejiminin “xarici siyasət”inin konyak diplomatiyası üzərində qurulduğunu bəyan etdi:

Azərbaycan prezidenti onu da bildirib ki, beynəlxalq təşkilatlar beynəlxalq korrupsuiya şəbəkəsi ilə bağlı araşdırma aparmalıdır. 

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, millət vəkili Asim Mollazadə də deyir ki, zaman-zaman ermənilərin “konyak diplomatiyası”nın canlı şahidi olub. 18 ildir Azərbaycanı Avropa Şurası Parlament Assambleyasında təmsil edən Mollazadə hesab edir ki, uşaq qatillərinin dəfələrlə Avropa Parlamentinə dəvət olunması, alqışlarla qarşılanması siyasi korrupsiyanın nümunəsidir:

Asim Mollazadənin fikrincə, Azərbaycanın dövlət orqanları, parlamenti, eləcə də, qeyri-hökumət təşkilatları rəsmi İrəvanın qurduğu korrupsiya şəbəkəsi ilə ciddi mübarizə aparmalıdır. 

Digər xəbərlər
Bu gün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə