Putinin yenidən prezident seçilməsi manata necə təsir edəcək?

Putinin yenidən prezident seçilməsi manata necə təsir edəcək?
Vüqar Bayramov: "Rublun dəyərsizləşməsi manata təzyiqləri artıra bilər"

Rusiyanın Böyük Britaniya il başlayana “ikinci dalğa gərgin münasibətləri” şimal qonşumuzun köhnə qitənin aparıcı ölkələri ilə də münasibətlərinin kəskinləşməsinə səbəb olub. Digər tərəfdən isə, ABŞ yeni sanksiyalar siyahısını genişləndirir. Bu fondda rublun məzənnəsində cüzi də olsa azalmala müşahidə edilir.

Real TV xəbər verir ki, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov Rusiya prezudenti postuna Vladimir Putinin seçilməsinin milli valyutaya necə təsir edəcəyini şərh edib.

Onun sözlərinə görə, fevrarlın sonunda 1 dollar almaq üçün 55.5 rubl ödəmək lazım idisə, indi hər ABŞ valyutası üçün 57.5 rus pulundan keçmək lazımdır. 

Doğrudur, məzənnə fərqi kəskin deyil, amma aydındır ki, Moskva inzibati yollar ilə rubla olan təzyiqləri neytrallaşdırır. Moskvanın inzibati metodlar ilə rublu uzun müddət bu intervalda saxlaya bilməsi inandırıcı görsənmir və elə bunun özü yaxın gələcəkdə Rusiya üçün ciddi xərcə çevriləcək. Londonda başlanan gərginlik Moskva ilə Avropanın digər paytaxt şəhərləri ilə münasibətlərini daha pisləşdirəcəyi və köhnə qitədən yeni sanksiyalar tətbiq ediləcəyi halda rublu xilas etmək çətin olacaq.

Qərblə münasibətlərin gərginləşməsi fonunda şimal qonşumuzda yenidən dollarlaşma prosesi sürətlənir. Bütün bunlar ilə yanaşı, rublun məzənnəsinin necə dəyişməsi iqtisadi baxımdan bizə də əhəmiyyətlidir.

Belə ki, ötən il 1 milyard 538 milyon dollarlıq qeyri-neft sektoru üzrə ixracatımızın 553 milyon dolları Rusiya bazarına yönəlib.

Bu isə o deməkdir ki, Azərbaycanın ümumi qeyri-neft ixracatının 36 faizə yaxını məhz şimal qonşumuzun payına düşür. Deməli, rublun məzənnəsi qeyri-neft ixracatımıza birbaşa təsir göstərən faktorlardandır. Bu baxımdan da, rublun dəyərsizləşməsi manata təzyiqləri artıra bilər.

Real TV

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə