Azərbaycanın gömrük sistemi baş katibi təəccübləndirdi – EKSKLÜZİV, VİDEO

Azərbaycanın gömrük sistemi baş katibi təəccübləndirdi – EKSKLÜZİV, VİDEO
Kunio Mikuriya: Düşüncə tərzini köklü dəyişən bu sistem onu göstərir ki, bütün idarələr xidmət yönümlü olmalıdır

Azərbaycan gömrük xidmətinin digər hökumət qurumları ilə əməkdaşlığı inkişaf edib. Elektron hökumətin təşəbbüsü ilə gömrük xidməti vahid pəncərənin tədbiqində ön sırada gəlir. Yəni, gömrük bütün hökumət qurumları əvəzinə sərhəddə məlumatları toplayır və riskləri idarə edir.

Bunu REAL-a eksklüziv müsahibəsində Ümumdünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriya deyib.

"Həmin bu konsept bütün sahələrdə tədbiq olunur. Mən ASAN Mərkəzə getdim və gördüm ki, vahid pəncərə sistemi bürokratik çətinliklərlə mübarizə məqsədilə vətəndaşlar, kiçik və orta ölçülü biznes müəssisələri üçün tədbiq olunur. Gömrüyün biznes sahəsində fəaliyyəti də bundan ibarətdir. Bu, bütünlükdə hökumət yanaşmasıdır və daha yaxşı xidmət məqsədi daşıyır. Düşüncə tərzini köklü dəyişən bu sistem onu göstərir ki, bütün idarələr xidmət yönümlü olmalıdır. Səfərimiz zamanı bu, mənim təəccübləndiyim məqamlardan biri oldu.

Bu, əslində, Türkmənistana təklif edəcəyim bir işdir. Çünki Türkmənistan hökuməti ölkənin qapılarını dünyaya daha geniş açmağa hazırdır. Buna dəlil kimi bu yaxınlarda Azərbaycanla Türkmənistan arasında əldə olunan bir sıra razılaşmaları göstərmək olar. Bu əməkdaşlıq ruhunu konkrekt addımlarla həyata keçirmək çox vacibdir. Bu məqsədlə mən Türkmənistana Azərbaycanda olduğu kimi insan resurslarını daha çox inkişaf etdirməyi və əlaqələri, eyni zamanda, iki gömrük sistemi arasında əməkdaşlığı təmin etməyi təklif etmək istərdim. Bu, məhsulların daha asan daşınmasına gətirib çıxaracaq. Çünki Azərbaycanla Türkmənistan arasında məhsulların daşınması ən yaxşı tranzit nümunəsidir. Cənab prezident və baş nazirlə görüşümdə də təklifim etdim ki, Azərbaycan, bəlkə də, gömrük sahəsində öz təcrübələrini digər ölkələrlə bölüşməklə daha uzaqgörən addımlar ata bilər. Ona görə də şadam ki, Azərbaycandakı inkişafı sərgiliyə bilmək və qonşu ölkələrdə, o cümlədən, Türkmənistanda bu inkişafla bağlı müəyyən təəssrüat yaratmaq üçün iyun ayında Bakıda informasiya texnologiyaları konfransı və sərgisi təşkil edəcəyik", - baş katib bildirib.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə