Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunan “Qələbə” İdman Festivalı keçirilib. Yarış Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli İdman Növləri Assosiasiyası, Sumo Federasiyası, Beynəlxalq Natural Bodibildinq və Fitnes Assosiasiyasının Azərbaycandakı rəsmi nümayəndəliyi, “Qələbə” Ağır Atletika İdman Klubu və "Makkabi" Mədəni-İdman İctimai Birliyinin birgə təşkilatçılığı ilə reallaşıb. “Qələbə” İdman Festivalında ağır atletika, aykido, akrobatika gimnastikası, cüdo, karate, kəndirlə mübarizə, natural bodibildinq və fitnes, sumo, mas-reslinq, milli güləş, kəmər güləşi, ənənəvi oxatma, zorxana, dama və nərd idman növlərində iştirakçılar bacarıqlarını göstəriblər.
Qeyd edək ki, Bakı İdman Sarayında keçirilən festivala bilet satışından əldə olunan gəlir “Yaşat” Fonduna köçürüləcək.
REAL