Azərbaycanda ilk reytinq turniri - VİDEO

Azərbaycanda ilk reytinq turniri - VİDEO
Yarışda 500-dən çox karateçi qüvvəsini sınayıb

Dünya Müasir Döyüş növləri Federasiyasının Avropa üzrə nümayəndəliyi növbəti yarış keçirib. Qurumun üzvləri Azərbaycanda ilk dəfə təşkil olunan karate üzrə reytinq turnirində qüvvələrini sınayıblar. İdmançılar bütün yaş qrupları üzrə qalibləri müəyyənləşdiriblər. Mükafatlara iddilıların sayı isə 500-dən çox olub. Onlar arasında oğlanlarla yanaşı qızlar da qüvvələrini sınayıblar. Dünya Müasir Döyüş növləri Federasiyasının Avropa üzrə vitse-prezidenti, Dünya və Avropa çempionu Arif Məmmədov yarışın qaliblərinin milli komandaya cəlb olunacaqlarını deyib. Seçməmizi isə qarşıda daha ciddi sınaq gözləyir.

Nəticələrə gəlincə. 2 gün davam edən yarışın yekununda kişilər arasında Elcan Məmmədrzayevlə Muraz Atakişiyev çempion olub. Hazırda Ordu İdman Klubunda xidmət edən Elcan 75 kq-dək, Muraz isə 75 kq-dan yuxarı çəki dəcərəsində qızıl medal qazanıb. Qadınların turnirində Səma İmanzadə bütün rəqiblərini üstələyib. Yeniyetmə və gənclər arasında isə Elton Əliyev, Musa Məmmədov, Nicat Müslümov, Marat Semixov, Fidan Rüstəmova, Xədicə Mürsəlova, Mədinə Kazımova və Cansu Əhmədzadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Qeyd edək ki, yarışın açılış mərasimində il ərzində ən çox reytinq xalı yıxan karateçilər mükafatlandırılıblar.

REAL

Digər xəbərlər
Bu gün
Dünən