AHF-nin Şirvana səfəri təşkil olunub - VİDEO

AHF-nin Şirvana səfəri təşkil olunub - VİDEO
Yeniyetmə qızlar arasında həndbol üzrə ölkə birinciliyi keçiriləcək

Azərbaycan Həndbol Federasiyasının nümayəndələrinin Şirvanda görüşü təşkil olunub. Görüş çərçivəsində qurumun üzvləri şəhərdə həndbol idman növünün durumu, bu sahədəki problemlər, uşaq və gənclər məktəblərinin mövcud vəziyyəti ilə maraqlanıblar. Əvvəlcə Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin idman zalına baxış keçirilib. Həndbol üzrə fəaliyyət göstərən məşqçilərlə ətraflı müzakirələr aparılıb, təkliflər dinlənilib.
Görüş zamanı federasiyanın idman şöbəsinin müdiri İsgəndər Əsgərov yaxın aylarda yeniyetmə qızlar arasında ölkə birinciliyinin keçiriləcəyini vurğulayıb. Yeni yaradılan 2008-2009-ci il təvəllüdlü qızlardan ibarət komandaya geyim forması və toplar hədiyyə olunduqdan sonra federasiya rəsmiləri məşq prosesini izləyiblər. Baş məşqçilər tərəfindən oyun qaydaları haqqında müəyyən göstərişlər verilldikdən sonra yeniyetmə qızlar arasında matç keçirilib.

Qeyd edək ki, növbəti həftələrdə Cəlilabad, Tovuz və digər rayonlara səfərlər nəzərdə tutulub.

REAL

Digər xəbərlər
Bu gün
Dünən