Özbəkistan-Azərbaycan Biznes Forumu - VİDEO

Özbəkistan-Azərbaycan Biznes Forumu - VİDEO
Forumda iki ölkə arasında bir sıra sənədlər imzalanıb

Özbəkistanın İnvestisiya və Xarici Ticarət Nazirliyinin, Azərbaycanın İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun, Özbəkistan Ticarət və Sənaye Palatasının birgə təşkilatçılığı ilə Daşkənddə Özbəkistan-Azərbaycan biznes forumu keçirilib.

Tədbirdə hər iki tərəfdən rəsmilərlə yanaşı, tikinti, sənaye, kənd təsərrüfatı və digər sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak edib.

Biznes forumun açılış mərasimində çıxış edən Özbəkistanın Baş nazirinin müavini, investisiyalar və xarici ticarət naziri Sardor Umurzakov iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin yüksək xətlə inkişaf etdiyini, bununla belə əməkdaşlığın genişləndirilməsi üçün potensialın böyük olduğunu bildirib.

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu, iqtisadi əməkdaşlığın inkişaf etdiyini diqqətə çatdırıb, dövlət başçılarının qarşılıqlı rəsmi səfərləri, aparılan danışıqlar ikitərəfli əməkdaşlığın inkişafında mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

İqtisadiyyat naziri sənaye, kənd təsərrüfatı, ticarət, investisiya və s. sahələrdə tərəfdaşlığın gücləndirilməsi imkanlarını diqqətə çatdırıb, Özbəkistan iş adamlarını Azərbaycanda yaradılmış əlverişli işgüzar mühitdən yararlanmağa, birgə layihələrin icrasına dəvət edib.

Biznes forum çərçivəsində iki ölkənin müvafiq qurumları arasında bir sıra sənədlər imzalanıb.

Digər xəbərlər
Bu gün
Dünən