Özbəkistanla ticarət dövriyyəsi 6 dəfə artıb - VİDEO

Özbəkistanla ticarət dövriyyəsi 6 dəfə artıb - VİDEO
Özbəkistanın 20-dən çox sahibkarı Bakıda keçirilən biznes foruma qatılıb

Özbəkistan Ticarət və Sənaye Palatasının sədr müavini Farhodjon Toşpulatovun rəhbərlik etdiyi 20-dən çox özbək sahibkarı Azərbaycanda işgüzar səfərdədir.

Azərbaycan Sahibkarlar Konfederasiyasının təşkilatçılığı ilə keçirilən üçgünlük səfər qrafiki üzrə görüşlər davam edir.

Görüşlər çərçivəsində Azərbaycan-Özbəkistan biznes-forumu keçirildi.

Forumda 60-dan çox Azərbaycan şirkəti və 21 Özbəkistan sahibkarı iştirak etdilər.

Tədbirdə çıxış edən Farhodjon Toşpulatov forumun ikim ölkə arasında yeni iqtisadi əməkdaşlıq imkanları açacağına ümid etdiyini bildirdi:

"Əsas hədəfimiz odur ki, hər iki tərəfdən olan sahibkarlar bir-birini tanısınlar və başa düşsünlər. Burda söhbət məhsulun eksport və importu proseslərindən, həmçinin ikitərəfli məhsul dövriyyəsinin həcmindən gedir. İki ölkə arasında ötən il ticarət dövriyyəsi göstəriciləri əvvəlki illərə nisbətən 6 dəfə artıb. Əminliklə deyə bilərəm ki, bu ilin aprelindən etibarən Özbəkistanda Azərbaycan kapitalı ilə sərmayələşən 254 müəssisə fəaliyyət göstərir. Onlardan çoxu birbaşa xarici investisiyalardır. Eyni zamanda bizim də müəssisələrimiz Azərbaycanda fəaliyyət göstərir, lakin təəssüf ki, onların sayı indiki vaxtda azdır. Biz bu məsələnin üzərində işləməliyik. Ticarət dövriyyəsinə gəldikdə isə, ölkənizə etdiyimiz ixrac həcmi, Azərbaycandan idxal olunan məhsul həcmi ilə müqayisədə daha çoxdur.Lakin bu sahədə də işləmək mütləqdir. Biz dünən müxtəlif şirkətlərlə görüşdük. Onlardan biri Azersun idi. Bizdə şəkər, buğda kimi məhsulların importuna maraq yaranır. Həmçinin biz sənaye zonalarının inkişafı agentliklərində də olduq. Burda isə azot gübrələri, polietilen və biznesimizə təkar emal prosesi üçün lazım olan digər məhsulların importu ilə maraqlandıq".

Qeyd edək ki, ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 2021-ci ildə 12 milyon dollar təşkil edib.

2020-ci illə müqayisədə, 2021-ci ildə Özbəkistan Respublikası ilə ticarət dövriyyəsi 35,98 faiz, o cümlədən idxal 32,48 faiz, ixrac isə 44,95 faiz artıb.

Digər xəbərlər
Bu gün
Dünən