Prezident İlham Əliyev Ürgənc şəhərinə gedib - VİDEO, YENİLƏNİB

Prezident İlham Əliyev Ürgənc şəhərinə gedib - VİDEO, YENİLƏNİB
Prezidentin Özbəkistan səfəri - İlham Əliyev Ürgənc şəhərinə gedib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 22-də Özbəkistanın Ürgənc şəhərinə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Ürgənc şəhərinin Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevi Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev qarşıladı.

Özbəkistanda dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev iyunun 22-də Xivə şəhərində İçan-Qala Dövlət Tarixi Memarlıq Muzeyi ilə tanış olublar.

İyunun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Xivə şəhərində “Nurullaboy” saray kompleksi ilə tanış olublar.

***09:23

Özbəkistanda dövlət səfərində olan Azərbaycan Prezidenti İlham Əliyev iyunun 22-də Daşkənddən Ürgənc şəhərinə yola düşüb.

REAL xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı İslam Kərimov adına Daşkənd Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Digər xəbərlər
Bu gün
Dünən