Möhürlənən dostluq - VİDEO

Möhürlənən dostluq - VİDEO
Azərbaycan və Özbəkistan nəhəng iqtisadi əlaqə potensialına malikdir

Prezident İlham Əliyevin Özbəkistana səfəri ölkə arasında münasibətlərdə hərtərəfli inkişafın əsasını qoydu. Birgə imzalanan 20-ə yaxın sənəd bu münasibətlərin kağız üzərindəki möhürlü təsdiqi oldu. Üstəlik hər iki dövlət başçısı qarşıya qoyulan məqsədlərə çatmaq yolunda güzəştsiz davranacaqlarını dedilər. Bəyənnamənin icrası zamanı yol veriləcək səhvə göz yumulmayacaq, müsbət fəaliyyət isə qiymətləndiriləcək. Potensial olaraq qiymətləndirilsə Azərbaycan və Özbəkistan kifayət qədər ehtiyatlara malik ölkələrdir. Xüsusən də kənd təsərrüfatı sahəsində əməkdaşlıq yaxın perspektivdə fayda verəcək.

Bəyənnamənin bəndləri arasında nəqliyyat kommunikasiya sahəsinə xüsusi diqqət yetirilib. Məhz bu sahənin inkifaşı 2 ölkə arasında əlaqələrin inkişafına təkan verəcək.

Haqqında danışdığımız məsələlər Azərbaycan və Özbəkistan arasında imzalanan bəyənnamənin 2 bəndinin qısa təhlilidir. Münasibətlərin arealı isə daha genişdir. Şübhəsiz ki, bir müddət sonra tərəflər dostluq və tərəfdaşlığın artan rəqəmlərlə ifadəsini əyani şəkildə görəcək.

REAL

Digər xəbərlər
Bu gün
Dünən