Azərbaycan və Türkiyə XİN başçıları telefonla danışıb

Azərbaycan və Türkiyə XİN başçıları telefonla danışıb

Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.

REAL bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat idarəsinə istinadən xəbər verir.

Nazirlər ikitərəfli gündəliyinin aktual məsələləri, habelə çoxtərəfli çərçivələrdə əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin cari regional vəziyyəti müzakirə ediblər, bölgədə sülhün təmin edilməsi üçün səylərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Digər xəbərlər
Bu gün
Dünən