Karate üzrə açıq çempionat keçirilib. Yarış Arpaçay idman klubunun təşkilatçılığı, Azərbaycan Milli karate Federasiyasının dəstəyi ilə reallaşıb. Bakı İdman Sarayının açıq çempionatında 500-dən çox karateçi qüvvəsini sınayıb. Onlar arasında oğlanlarla yanaşı, qızlar da ən güclüləri müəyyənləşdiriblər. Turnir yaşı 5-dən 13-ə dək olan idmançıları arasında reallaşıb.
Qeyd edək ki, yarışda Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Şəki və ölkənin digər bölgələrindən gələn idmançılar mübarizə aparıblar.
REAL