Hərbi pilotlarımız şərti düşmənin hava məkanına daxil olaraq tapşırıqları uğurla icra edib

Hərbi pilotlarımız şərti düşmənin hava məkanına daxil olaraq tapşırıqları uğurla icra edib

Türkiyə Respublikasının Konya şəhərində keçirilən “Anadolu Qartalı - 2022” beynəlxalq taktiki-uçuş təliminin növbəti mərhələsi yerinə yetirilib.

Bu barədə REAL-a Müdafiə Nazirliyindən məlumat evrilib.

Bildirilib ki, təlimin planına uyğun olaraq Azərbaycan Hərbi Hava Qüvvələrinin uçuş heyəti şərti düşmənin hava məkanına daxil olaraq qarşıya qoyulan tapşırıqları uğurla icra edib.

Həmçinin pilotlarımız Türkiyə Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin hərbi qulluqçuları ilə birlikdə mübadilə uçuşlarını həyata keçiriblər.

Təlimdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilir.

Digər xəbərlər
Bu gün
Dünən