Azərbaycan və Rumıniyanın qarşılıqlı investisiya qoyuluşu açıqlanıb

Azərbaycan və Rumıniyanın qarşılıqlı investisiya qoyuluşu açıqlanıb

Bu günə qədər Azərbaycan şirkətləri Rumıya iqtisadiyyatına 125 milyon ABŞ dolları, bu ölkənin şirkətləri isə Azərbaycan iqtisadiyyatına 30 milyon ABŞ dolları investisiya yatırıb.

“Report”un məlumatına görə, bunu Bakıda keçirilən Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiya"nın 6-cı iclasında iqtisadiyyat nazirinin müavini Sahib Məmmdov bildirib.

"Bu gün Azərbaycanda Rumıuya şirkətləri əsasən tikinti, inşaat, nəqliyyat sahələrində fəaliyyət göstərirlər. Mövcud investisiyalar ölkələrimz arasında potensialı əks etdirmir. Bu imkanlar və əlaqələr daha da artmalıdır”, - deyə o, qeyd edib.

Nazir müavini Azərbaycanda yaradılan sənaye zonaları və sənaye parkları barədə ərtaflı məlumat verib, Ələt Azad İqtisadi Zonasında yaradılacaq imkanlar barədə geniş danışıb, rumıniyalı iş adamlarını Azərbaycana invstisiya yatırmağa, bunun üçün yaradılan imkanlardan geniş istifadə etməyə dəvət edib.

REAL

Digər xəbərlər
Bu gün
Dünən