Güclü yağış Goranboyda fəsadlar törədib - VİDEO, YENİLƏNİB

Güclü yağış Goranboyda fəsadlar törədib - VİDEO, YENİLƏNİB
Sel sularının fəsadları aradan qaldırılır

Goranboyda güclü yağış bir sıra fəsadlar törədib. 

Ryonun Ağcakənd qəsəbəsinə yağışdan sonra sel gəlib. Sel suları səbəbindən qəsəbənin yolunda avtomobillərin hərəkətində qismən çətinliklər yaranıb. Yağışdan sonra gələn sel qəsəbədə bir neçə avtomobili aparıb. Bundan əlavə sel suları evlərə və əkin sahələrinə dolub, həmçinin kənd təsərrüfatınada ziyan vurub. Yağışdan sonra gəl sel qəsəbənin avtomobil yolalarını da yararsız hala salıb. Xoşbəxtlikdən təbii fəlakət zamanı insan itkisi və xəsarət alan yoxdur. Leysan yağış qəsəbəyə xeyli ziyan vurub.

Güclü yağış Goranboy rayonunun dağ kəndlərində, o cümlədən Aşağı Ağcakənd və Yuxarı Ağcakənd qəsəbələrində çaylarda suyun səviyyəsini yüksəldib.Ilkin məlumata görə sel-suları 20 yə yaxın fərdi yaşayış evinə, 20-ə yaxın mal-qaraya, 10-a yaxın iaşə obyektinə və Mingəçevir şəhər sakini Rzayev İlham Zülfü oğluna məxsus “Mercedes” markalı avtomiblə ziyan vurub.Baş vermis hadisə ilə bağlı Fövqalədə Hallar Nazirliyin əməkdaşları qəsəbəyə ezam olunublar.Evlərə dolan suların çəkilməsinə başlanıb.Bunada əlavvə nazirliyin ağır texnikalarıdə əraziyə gətirilib.

Artıq Goranboy Rayon İcra Hakimiyyətində dəymiş ziyanın həcminin müəyyənləşdirilməsi üzrə dərhal komissiya yaradılıb.Rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev və digər qrumların əməkdaşları qəsəbədə olublar. Dəymiş ziyanla maraqlanıblar.

Dəyən ziyanın nəticələrinin hesablanması və aradan qaldırılması istiqamətində işlərə başlanılıb.

Qeyd edək ki, hazırda Goranboy rayonunda yağışlı haava şəraiti davam edir.

13:06

***

Güclü yağış Goranboy rayonunun dağ kəndlərində, o cümlədən Aşağı Ağcakənd və Yuxarı Ağcakənd qəsəbələrində çaylarda suyun səviyyəsini yüksəldib. Dünən axşam saatlarında Goranboy rayonunun Ağcakənd qəsəbəsinə dərələrdən gələn güclü sel səbəbindən qəsəbənin yolunda avtomobillərin hərəkəti çətinləşib, kənd ərazisindən qısamüddətli sel keçib və bəzi evlərə su dolub. Vəziyyətlə bağlı axşam saatlarından etibarən Goranboy Suvarma Sistemləri İdarəsinin texnikaları və şəxsi heyəti selin ziyan vurduğu ərazilərə cəlb olunub. Sel və daşqınların fəsad törətməməsi üçün tədbirlər görülüb. Bu gün səhər saatlarından etibarən isə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Zakir Quliyev və Goranboy Rayon İcra Hakimiyyətinin rəhbərliyi rayonun Ağcakənd kəndinə gələrək selin ziyanlıq vurduğu ərazilərə baxış keçirib. Zakir Quliyev müvafiq tapşırıqlarını da verib.

Hazırda Meliorasiya və Su Təsərrüfatı Asc-nin texnikaları və şəxşi heyəti sel fəsadlarının aradan qaldırılması istiqamətində fasiləsiz iş rejimində çalışır.

Digər xəbərlər
Bu gün
Dünən