Qırğız Respublikası ilə imzalanmış iki memorandum təsdiqlənib

Qırğız Respublikası ilə imzalanmış iki memorandum təsdiqlənib

Qırğız Respublikası ilə imzalanmış iki memorandum təsdiqlənib.

REAL xəbər verir ki, Prezident İlham Əliyevin bu gün imzaladığı Fərmanla “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə Qırğız Respublikasının Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilib.

Fərmana əsasən, 2022-ci il aprelin 20-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə Qırğız Respublikasının Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu” təsdiq edilib. Bu Fərmanda göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Maliyyə Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Qırğız Respublikası Hökumətinə bildiriş göndərməlidir. Eyni zamanda Prezident İlham Əliyevin digər fərmanı ilə “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Qırğız Respublikasının Rəqəmsal İnkişaf Nazirliyi arasında rabitə və informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığın inkişafı haqqında Memorandum”u təsdiq edilib.

Bu Fərmanda göstərilən Memorandum qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir. Xarici İşlər Nazirliyi Memorandumun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Qırğız Respublikası Hökumətinə bildiriş göndərməlidir.

Digər xəbərlər
Bu gün
Dünən