İşğaldan azad ərazilərə yeni marşrut reysi - VİDEO

İşğaldan azad ərazilərə yeni marşrut reysi - VİDEO
Bakı-Füzuli-Bakı istiqamətində reys iyunun 25-dən fəaliyyətə başlayacaq

İyunun 25-dən etibarən işğaldan azad olunan ərazilərə yeni, üçüncü marşrut üzrə avtobus reysi fəaliyyətə başlayacaq. Sözügedən marşrut Bakı-Füzuli-Bakı istiqamətində olacaq.

Bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev məlumat verib. O, yeni marşrut üzrə reyslərin həftədə bir dəfə, şənbə günləri təşkil olunacağını deyir. Ancaq gələcəkdə reyslərin sayının artırılacağını da istisna etmir.

Biletlərin satışı onlayn formada, "Yolumuz Qarabağa.az" portalı vasitəsilə həyata keçiriləcək, kassalarda isə olmayacaq. Qiymətə gəlincə bu, 9 manat 20 qapikdir və biletlər ikitərəfli alınmalıdır. Reysin müddəti 10 saat gediş-gəliş, 3 saat da ziyarət olmaqla 13 saat təşkil edəcək.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi biletlərin alışı ilə bağlı yaranmış problemə də toxundu və vətəndaşlara tövsiyə verdi:

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərə reyslər yanvarın 24-dən təşkil olunur. İlk olaraq bu reyslər Şuşa və Ağdam istiqamətinə olub. İyun ayının 25-dən isə üçüncü istiqamətə, Füzuli istiqamətinə gediş-gəliş həyata keçiriləcək.

Digər xəbərlər
Bu gün
Dünən