Hərbi Prokurorluqda qazilərlə görüş keçirilib - VİDEO

Hərbi Prokurorluqda qazilərlə görüş keçirilib - VİDEO

“Azərbaycan Respublikasının Silahlı Qüvvələr” günü münasibətilə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Vətən müharibəsində iştirak etmiş hərbi qulluqçular və qazilərlə görüş keçirildi.

Mərasim iştirakçıları Heydər Əliyevin büstü önünə gül dəstələri düzdükdən sonra 44 günlük vətən müharibəsində canından keçən şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Çıxış edən Baş prokurorkuluğun müavini Xanlar Vəliyev silahli qüvvələr günü münasibətiylə mərasim iştirakçılarını o cümlədən bütün qazi və şəhid ailələrini təbrik edərək onlara xoş arzularını ifadə etdi.

Prezident İlham Əliyevin apardığı uğurlu siyasətdən bəhs edən Hərbi prokuror işğal olunmuş ərazilər də daxil olmaqla regionların sürətli inkişafından və ölkənin qazandığı ardıcıl uğurlardan bəhs etdi.

Daha sonra Xanlar Vəliyev 44 günlük vətən müharibəsindəki tarixi qələbəmizdən, hərbiçilərimizin göstərdiyi qəhramanlıq və xalqımızım mübarizliyindən danışdı.

Sonda Vətən müharibəsində iştirak edən şəxslərə hədiyyələr təqdim olundu.

REAL

Digər xəbərlər
Bu gün
Dünən