Antiinflyasiya tədbirləri hazırlanır - VİDEO

Antiinflyasiya tədbirləri hazırlanır - VİDEO
Qərarların icrası məhsulların qiymət artımının qarşısını alacaq

“İnflyasiya təkcə Azərbaycanın deyil, bütün dünyanın problemdir. Qlobal inflyasiya təzyiqləri ilk növbədə enerji daşıyıcılarının, əsasən neft-qazın bahalaşması ilə əlaqədardır".

Bunu Qara Dəniz Ticarət və İnkişaf Bankının 24-cü illik toplantısında maliyyə naziri Samir Şərifov bildirib.

Nazirin sözlərinə əsasən ən mühüm taxıl və bitki yağları istehsalçıları olan Rusiya və Ukrayna arasında müharibənin nəticəsi olaraq, nəqliyyat və logistika problemləri daha da dərinləşib, bu isə qiymət artımına səbəb olub. Bu şəraitdə cari vəziyyət ölkəmizə də təsirsiz ötüşməyib.

Samir Şərifov həmçinin, qiymət artımını nəzərə alaraq, dövlət büdcəsində ərzaq təhlükəsizliyi üzrə ehtiyatın yaradılması üçün tədbirlərin nəzərdə tutulduğunu vurğuladı.

Maliyyə naziri qeyd etdi ki, bu qərarların icrası nəticəsində, ən azı Azərbaycan hökumətinin payına düşən məhsulların qiymətinin artımını aradan götürməklə, qiymətlərdə bir qədər azalma baş verəcək.

REAL

Digər xəbərlər
Bu gün
Dünən