Azərbaycan cüdoçusu ermənini 25 saniyəyə məğlub edərək, medal qazanıb

Azərbaycan cüdoçusu ermənini 25 saniyəyə məğlub edərək, medal qazanıb

Azərbaycan cüdoçusu Məhəmməd Məmişov Xorvatiyanın Poreç şəhərində keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

REAL-ın məlumatına görə, 50 kq çəki dərəcəsində yer alan Məhəmməd Məmişov 3-cü yer uğrunda görüşdə ermənistanlı Qor Safaryanı üstələyib. Məmişov rəqibini 25 saniyəyə məğlubiyyətə uğradıb.

Qeyd edək ki, bu gün Azərbaycanın 3 cüdoçusu final qarşılaşmasına çıxacaq. Qızlar arasında 48 kq çəkidə Aydan Vəliyeva isveçli Tara Babulfatla, oğlanlardan 55 kq-da Şahin Orucov serbiyalı Matiya Yeremiçlə, 60 kq-da Nizami İmranov macarıstanlı Adam Mayorla qarşılaşacaq.

Digər xəbərlər
Bu gün
Dünən