Qazi və veteranların işlə təmininə dəstək - VİDEO

Qazi və veteranların işlə təmininə dəstək - VİDEO
Kurs keçən müharibə iştirakçılarına beynəlxalq sertifikat təqdim edildi

Qarabağa dönüş təşkilatı “Qarabağımızı birlikdə quraq” layihəsinə start verdi. Məqsəd qazi və müharibə iştirakçılarının, o cümlədən şəhid ailələrinin işlə təmin olunmasında dəstək olmaqdır.

25 qazi və müharibə iştirakçısı BP- Azərbaycan və Ekvita şirkətlərinin maliyyə dəstəyi ilə Kulane Peşə Təhsil Mərkəzində kurlslara cəlb olunublar. 6 ay ərzində qazi və müharibə iştirakçıları Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit həmçinin yükqaldırma üzrə mütəxəssis peşələrinin sirrlərini öyrəniblər. Bundan başqa onlara ingilis dili, psixologiya, etik davranış qaydaları tədris olunub.

Tədbirdə Kursu bitirən qazi və müharibə iştirakçılarına beynəlxalq sertifikatlar təqdim olundu. Çıxış edən “Qarabağa dönüş” təşkilatının rəhbəri, millət vəkili Tural Gəncəliyev qazilərin və müharibə iştirakçılarının işlə təminatı məsələsilə yanaşı onların fərdi inkişafına yardım göstərməyin də vacibliyini vurğuladı.

REAL

Digər xəbərlər
Bu gün
Dünən