Qaziyə kömək ediləcək - VİDEO

Qaziyə kömək ediləcək - VİDEO

1994-cü ildə Salyan rayonunda doğulan Vətən Müharibəsi iştirakçısı Kamran Dadaşov 2016-cı ildə gizirlik kursunu bitirərək elə həmin vaxtdan N saylı hərbi hissənin kəşfiyyat bölüyündə xidmət etməyə başlayıb.2018-ci ildə XTQ kursunu da müvəffəqiyyətlə bitirərək hərbi hissənin Xüsusi təyinatlı bölməsində kəşfiyyatçı-istehkamçı kimi xidmətini davam etdirib.O ,həmçinin 2019-cu ildə qardaş Türkiyə Respublikasında keçirilən təlimlərin də iştirakçısı olub və bu kursları da uğurla başa vurub.2020-ci ildə 2-ci Ermənistan-Azərbaycan müharibəsi başlayan zaman isə Füzuli rayonunun işğal altında olmuş torpaqları uğrunda döyüşlərə qatılıb.

Müharibə zamanı Kamran bir neçə dəfə yaralanıb.Hər iki yaralanmasında da döyüşə davam edib.Müharibə bitdikdən sonra səhhətində bəzi problemlər üzə çıxdığından komandirinin tövsiyəsi ilə hospitala göndərilib.Bu zaman həkimlər tərəfindən onun ağır kontuziya alması müəyyən edilib.Buna görə də,Hərbi həkim komissiyası ona sülh dövründə yararsız müharibə dövründə məhdud yararlıdır qərarı verərək ordu sıralarından tərxis olunub.Hadisələrin ardınca ona üçüncü qrup əlillik də təyin olunub. Müharibə əlili kimi mənzil güzəştindən yararlanmaq istəyən Kamran təəssüf ki buna müvəffəq ola bilməyib.

Deməli,Kamran Dadaşzadə əslən Salyan rayonundan olsa da,7 yaşından bəri Bakıda yaşayıb.Hazırda da Xəzər rayonunun Mərdəkan qəsəbəsində kirayə mənzildə yaşayır.1 ilə yaxındır ki,Salyan rayon qeydiyyatndan çıxaraq Bakı şəhərində qeydiyyata alınıb.Qeydiyyat məsələsi onun müharibə əlili kimi mənzil növbəsinə alınmasında problemlər yaradıb.Xəzər rayon İcra Hakimiyyətindən Kamranın mənzil növbəsinə alınmasının mümkün olmadığı bildirilib.Sitat.Bakı şəhərində daimi qeydiyyatınız 7 ildən az olduğundan müraciətinizin müsbət həlli mümkün deyil

Deməli,kamran hələ illərlə kirayədə yaşamalıdır? Odur i, Xüsusi Təyinatlı hərbçi olan kamran dadaşzadənin probleminin həlli ilə bağlı Xəzər rayon İcra Hakimiyyətinə müraciət etdik. Qurumdan bildirildi ki, Kamran Dadaşzadə artıq məsələnin həll edilməsi ilə bağlı Xəzər Rayon İcra Hakimiyyətinə çağırılıb. Onun sənədləri araşdırılaraq mənzil növbəsinə alınması ilə bağlı icra hakaimiyyəti tərəfindən bütün yardımlar ediləcək.

REAL

Digər xəbərlər
Bu gün
Dünən