Dövlət qulluqçularının peşə bayramı - VİDEO

Dövlət qulluqçularının peşə bayramı - VİDEO
Bir qrup dövlət qulluqçusuna İcra Hakimiyyətinin fəxri fərmanları verilib

Balakəndə dövlət qulluqçularının peşə bayramı günü münasibətilə tədbir keçirilib. Rayonun rəhbər işçilərinin, dövlət qulluqçularının iştirak etdikləri tədbirdə rayon icra hakimiyyətinin başçısı İslam Rzayev bildirib ki, demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesində dövlət qulluğunun rolunu, həmçinin BMT Baş Assambleyasının tövsiyəsini nəzərə alaraq, Prezidentin 2006-cı il tarixli Sərəncamı ilə 23 iyun hər il azərbaycanda dövlət qulluqçularının peşə bayramı günü kimi qeyd olunur. qeyde dib ki, Dövlət qulluqçuları Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğu prosesində mühüm rol oynayır, ölkədə müasir tələblərə cavab verən dövlət idarəetmə sistemi qurulub, hakimiyyətin bütün qollarının funksiyaları dəqiq müəyyənləşdirilib, vətəndaşların hüquq və azadlıqlarının qorunması və həyata keçirilməsi üçün zəruri təsisatlar yaradılıb. Sonda bir qrup dövlət qulluqçusuna rayon icra hakimiyyətinin fəxri fərmanları təqdim olunub.

REAL

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər