Qırğızıstanda TÜRKPA-nın iclası olacaq - VİDEO

Qırğızıstanda TÜRKPA-nın iclası olacaq - VİDEO
Bu ölkədə səfərdə olan S.Qafarova bir sıra görüşlər keçirib

TÜRK PA-nın XI Plenar sessiyasında iştirak etmək üçün Qırğızının Çolpon-Ata şəhərində səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova burada Qırğızıstan Parlamentinin sədri Talant Mamıtovla görüşüb.

Talant Mamıtov ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini, qarşılıqlı səfərlərin və siyasi dialoqun bu münasibətlərin inkişafına təkan olduğunu deyib. qeyd edib ki, Qırğızıstan və Azərbaycan bütün beynəlxalq qurumlarda ənənəvi olaraq həmişə bir-birini dəstəkləyir. sahibə qafarova da TÜRK PA çərçivəsində əməkdaşlığın əhəmiyyətini diqqətə çatdıraraq, qeyd edib ki, müasir hadisələr fonunda TÜRKPA-nın rolu daha da artmaqdadır. Sahibə Qafarova Qırğızıstana işgüzar səfəri çərçivəsində Qazaxıstan Parlamenti Məclisinin sədri Yerlan Koşanovla görüşüb. İkitərəfli əlaqələrin inkişafında qanunverici orqanların rolundan bəhs edilib. sahibə qafarova həmkarına qarabağdakı bərpa quruculuq işləri barəd məlumat verib. bildirib ki, Ölkəmiz regionda daimi sülh və sabitliyin təmin olunmasını istəyir.

REAL

Digər xəbərlər
Bu gün
Dünən