ANAMA ilə ADRA memorandum imzalayıb - VİDEO

ANAMA ilə ADRA memorandum imzalayıb - VİDEO
Sosial xarakterli reklamların açıq məkanda yayımı həyata keçiriləcək

Azərbaycan Minatəmizləmə Agentliyi və Azərbaycan Dövlət Reklam Agentliyi arasında memorandum imzalanıb. məqsəd vizual kommunikasiya vasitələri hesabına partlayıcı qurğuların təhlükəsi ilə bağlı insanların maarifləndirilməsi işini təkmilləşdirmək, mina xəbərdaredici işarələrin göstəriciləri barədə məlumatlandırmağa davam etmək, habelə, insanların şüurunda nizam-intizam və özünə məsuliyyət barədə fikir formalaşdırmaqdır. Bu mövzuda sosial xarakterli reklamların açıq məkanda yayımının həyata keçiriləcək. “Böyük qayıdış” proqramı çərçivəsində ilk sakinlərin yaşayış məntəqələrinə yerləşdirilməsi üzrə başlanan işlər bu fəaliyyəti daha da zəruri edir.

İşğaldan azad edilmiş ərazilərdə insanları ehtiyatlı davranmağa səsləyəcək sosial xarakterli reklamlar təkcə bölgələrdə deyil, eləcə də respublikanın zəruri olan ərazilərində yayımlanacaq: Qeyd olunub ki, 2020-ci ilin 10 noyabr tarixindən bugünədək mina partlayışları nəticəsində 225 nəfər minaların qurbanı olub, onlardan 186 nəfər xəsarət alıb, 39 nəfər həlak olub.

Qeyd olundu ki, mina və müharibənin partlayıcı qalıqları problemi istər, işğaldan azad edilmiş ərazilərdə infrastrukturun bərpasına cəlb olunan, istərsə də müharibəyə məruz qalmış rayonların, həmçinin keçmiş təmas xətti boyu ərazilərin sakinlərinin həyat və fəaliyyətinə təhlükə mənbəyidir."Mina terroru” ilə mübarizəyə dəstək vermək hər bir vətəndaşın borcudur. Vətəndaşlara icazəsiz səfərlərdən çəkinməyə, icazəli səfərlərdə də müəyyən olunmuş marşrutdan kənara çıxmamaq barədə çağırırş olundu.

Digər xəbərlər
Bu gün
Dünən