Rəhbərlər şurasının 24-cü illik toplantısı - VİDEO

Rəhbərlər şurasının 24-cü illik toplantısı - VİDEO
Qara Dəniz Ticarət və İnkişaf Bankı ölkəmizə biznes yatırımında maraqlıdır

“Azərbaycan Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) inkişafında fəallıq göstərib".

Bunu Qara Dəniz Ticarət və İnkişaf Bankının Bakıda keçirilən 24-cü İllik Toplantısında Bankın Azərbaycan üzrə rəhbəri, maliyyə naziri Samir Şərifov bildirdi.

Nazirin sözlərinə əsasən, ölkəmiz bankın regiondakı maraqlarının reallaşması üçün səylərinə sadiq olaraq qalır.

Toplantıda çıxış edən Qara Dəniz Ticarət və İnkişaf Bankının prezidenti Dmitri Pankin, institutun ölkəmizlə əlaqələrini genişləndirmək üçün yeni imkanlar nəzərdən keçirdiyini bildirdi.

İllik toplantıya ev sahibliyi etməyimiz ölkəmizdə biznes potensialının xarici investorlar və banklar tərəfindən qiymətləndirilməsi üçün də fürsət yaradıb. Müxtəlif regionları təmsil edən institutlar Azərbaycanda fərqli layihələrin icrasında maraqlıdırlar.

Qeyd edək ki, illik toplantıda üzv ölkələr Albaniya, Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə, Yunanıstan və Ukraynanın bank üzrə təmsilçi direktorları iştirak etdilər.

İclasda üzv ölkələr arasında bank və biznes sahəsində mövcud imkanların, həmçinin potensialın daha da genişləndirilməsi və bir sıra digər məsələlərlə bağlı müzakirələr aparıldı. Rəhbərlər Şurası tərəfindən Bankın fəaliyyəti qiymətləndirilərək 2021-ci il üzrə maliyyə hesabatları təsdiq olundu.

REAL

Digər xəbərlər
Bu gün
Dünən