Azərbaycan-Rumıniya strateji tərəfdaşlığı - VİDEO

Azərbaycan-Rumıniya strateji tərəfdaşlığı - VİDEO
Yeni əməkdaşlıq sənədi əlaqələrin inkişafında mühüm rol oynayacaq

Azərbaycan-Rumıniya hökumətlərarası birgə komissiyanın Bakıda keçirilən 6-cı iclasında gələcək əməkdaşlıq istiqamətlərini əhatə edən Protokol imzalanıb. Azərbaycan və Rumıniya əlaqələrinin inkişafında önəmli rol oynayacaq yeni əməkdaşlıq sənədini Azərbaycan tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Rumıniya tərəfindən isə ölkənin Energetika naziri Vircil-Daniel Popesku imzalayıb.

Bu günə qədər Azərbaycan şirkətləri Rumıniya iqtisadiyyatına 125 milyon ABŞ dolları, bu ölkənin şirkətləri isə ölkə iqtisadiyyatımıza 30 milyon ABŞ dolları investisiya yatırıb. Ötən il Azərbaycan və Rumıniya arasında ticarət dövriyyəsi 31,3 %, bu ilin yanvar-aprel aylarında isə 2,77 dəfə artıb.

İki ölkə arasında təkcə energetika sahəsində deyil, bütün istiqamətlərdə əməkdaşlığa nail olmaq mümkündür deyən rumıniyalı nazir, ölkəmizlə əməkdaşlığın perspektivli sahələrini açıqlayıb.

Azərbaycanda əsas prioritet işğaldan azad edilən ərazilərdə kənd təsərrüfatı sektorunun inkişaf etdirilməsidir.

Qeyd edək ki, Azərbaycan-Rumıniya əməkdaşlığı enerji, nəqliyyat, kənd təsərrüfatı, elm, təhsil, əmək və sosial müdafiə, səhiyyə, mədəniyyət, turizm sahələrində uğurla davam etdirilir.

REAL

Digər xəbərlər
Bu gün
Dünən