Azad İqtisadi Zonada yeni mexanizlmlər - VİDEO

Azad İqtisadi Zonada yeni mexanizlmlər - VİDEO
Ələt AİZ-də fəaliyyət göstərən bütün şirkətlər vergidən azad olacaq

“Ələt Azad İqtisadi Zonası haqqında qanun”a dəyişikliklər layihəsi Milli Məclisdə qəbul edilib. Dəyişiklik qüvvəyə mindikdən sonra azad zonada vergi tənzimlənməsi məsələsində yeni mexanizmlər tətbiq ediləcək.

Bu fundamental dəyişikliklərdən biri də daxili qaydalarla müəyyən edilən hallarda və azad zonada fəaliyyət göstərən azad zona hüquqi şəxslərinin bütün vergilərdən azad olmasıdır.

Qanun layihəsi həm də, əsas iqtisadiyyatın subyektləri üçün bir neçə hallarda vergidən azadolma istisnası tətbiq edir. Artıq əsas iqtisadiyyatın vergi ödəyiciləri azad zonaya satdıqları mallara görə ƏDV, göstərdikləri xidmətlərə görə isə ödəmə mənbəyində vergitutmadan azad olacaqlar.

Qeyd edək ki, qanunda dəyişikliklər layihəsi Azərbaycan Prezidentinin təşəbbüsü ilə Milli Məclisə daxil olub.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər