Sahil Babayev Şuşada DOST proqramını təqdim edib - VİDEO

Sahil Babayev Şuşada DOST proqramını təqdim edib - VİDEO

İşğaldan azad edilən ərazilərimizdə DOST xidmətləri şəbəkəsinin qurulmasına dair “Qarabağ və Şərqi Zəngəzur” DOST proqramı Şuşada təqdim edilib.

DOST Agentliyinin Müşahidə Şurasının iclasında Şuranın sədri, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Zəngilan rayonunun Ağalı kəndində ölkə üzrə ilk “Smart DOST” xidmət məntəqəsinin artıq istifadəyə verildiyini bildirib. Nazir qeyd edib ki, “Smart DOST” sistemi ilə vətəndaşlar əmək, məşğulluq, sosial müdafiə sahəsində onlayn formada 100-dən çox xidmətdən rahat şəkildə faydalana biləcəklər.

DOST konsepsiyası 154 xidmətin “bir pəncərə”dən, modern, çevik və tam şəffaf mexanizmlər üzərində, vətəndaş məmnunluğuna uyğun təqdim edilməsinə imkan verir. İclasda Şuşa şəhərində yerləşən 4 mərtəbəli köhnə poçt binasının birinci mərtəbəsində Şuşa DOST filialının yaradılacağı, binaya giriş, xidmət otaqları, iş sahəsi və xidmət zalının DOST mərkəzlərinin interyer konsepsiyasına uyğun tərtib olunacağı bildirilib.

2025-ci ilə kimi ölkəmizdə ümumilikdə 17 regional DOST mərkəzinin, 55 rayon üzrə DOST filiallarının, həmçinin bir sıra ərazilərdə “Smart DOST” xidmət məntəqələrinin açılması nəzərdə tutulur.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər